Avropa çempionatı: Millimiz Tiranada 2-ci oldu!

Albaniyanın paytaxtı Tiranada 17 yaşadək (U-17) güləşçilər arasında təşkil olunmuş Avropa çempionatı davam edir.

Arena.az xəbər verir ki, bu gün qitə birinciliyində yunan-Roma güləşi üzrə yarış başa çatıb.

Avropa çempionatında bütövlükdə 6 medal qazanan Azərbaycan millisi 118 xal toplayaraq komanda hesabında 2-ci yeri tutub. Yığmamız yalnız Avropa çempionu olan Gürcüstandan (185) geri qalıb.

Qeyd edək ki, millimiz AÇ-də 1 qızıl və 5 bürünc medal əldə edib.

Medal qazanan idmançılarımız bunlardır:

Turan Daşdəmirov (45 kq) – qızıl medal

Elnar Ziyadov (48 kq) – bürün medal

Əli Seyidəlili (51 kq) – bürün medal

Ayxan Cavadov (55 kq) – bürün medal

Elmin Əliyev (80 kq) – bürün medal

Mahir Qurbanlı (110 kq) – bürün medal

Azərbaycan Güləş Federasiyasından verilən məlumata görə, Avropa çempionatında 2-ci yeri tutan yunan-Roma güləşi üzrə millimiz sabah Bakıya qayıdacaq. Saat 21:00-da Heydər Əliyev Beynəlxalq Aeroportunda qarşılama mərasimi keçiriləcək.

Qeyd edək ki, Avropa çempionatı iyunun 18-də yekunlaşacaq. Bu gün qızların mübarizəsinə start verilib. Qitə birinciliyinin son günlərində isə sərbəst güləşçilərin mübarizəsi baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: