26 yaşlı isveçrəli velosipedçi Cino Myoder “Tour of Switzerland 2023”ün beşinci mərhələsində yıxılaraq dünyasını dəyişib.
Arena.az bu barədə “Bahrain Victorious” komandasının bəyənatı əsasında xəbər verir.
Yürüşün 197-ci kilometrində Myoder çox yüksək sürətlə hərəkət zamanı yıxılıb və uzun müddət özünə gəlməyib. Tezliklə hadisə yerinə gələn həkimlər idmançını müayinə edərək vertolyotla hadisə yerindən xəstəxanaya aparıblar. Velosipedçi bir qədər sonra aldığı xəsarətlərdən dünyasını dəyişib.
Komandanın bəyanatında deyilir:
“Dərin kədər və ürək ağrısı ilə Cino Myoderin ölümünü elan etməliyik. İyunun 16-da İsveçrə turunun beşinci mərhələsində ağır qəzadan sonra Cino ağır xəsarətlər alaraq həyat uğrunda döyüşü uduzdu. Komanda bu acı xəbərdən məyus olub. Bu inanılmaz çətin dövrdə bütün düşüncələrimiz və dualarımız Ginonun ailəsi və yaxınları ilə birlikdədir. Bu gün və hər gün biz sənin üçün şütüyürük, Cino”.
:focal(1277x566:1279x564)/origin-imgresizer.eurosport.com/2023/06/16/3727927-75848468-2560-1440.jpg)



