Basketbol yığmamız seçmə mərhələnin yarımfinalında

Bu gün – iyunun 17-də Kiprin Limassol şəhərində 3×3 basketbol üzrə Avropa Kubokunun seçmə mərhələ oyunlarına start verilib.

Arena.az xəbər verir ki, Azərbaycanın kişilərdən və qadınlardan ibarət 3×3 basketbol üzrə milli komandaları da bu seçmə mərhələdə mübarizə aparırlar.

A qrupunda yer alan qadınlardan ibarət yığmamız açılış oyununda Malta seçməsi ilə üz-üzə gəlib. Millimiz bu rəqibini əlavə vaxtda 17:15 hesabı ilə məğlub edib.

Kişilərdən ibarət millimiz də startda Malta ilə qarşılaşıb. Yekunda Azərbaycan yığması daha güclü olub – 20:14.

Kişi basketbolçulardan ibarət yığmamız qrupda növbəti matçını yerli Kipr komandasına qarşı keçirib. Komandamız bu rəqibə 11:22 hesabı ilə uduzub. Azərbaycan basketbolçuları qrupda sonuncu oyununu sabah – iyunun 18-də keçirəcək. Bakı vaxtı ilə saat 12:15-də start götürəcək görüşdə rəqib Lüksemburq olacaq.

Qadınlardan ibarət milli komandamız isə bu gün baş tutan ikinci oyunda İrlandiya ilə üz-üzə gəlib. Rəqibini 16:10 hesabı ilə məğlub edən qadınlar qrup qalibi olublar və birbaşa yarımfinala vəsiqə qazanıblar. Komandamız iyunun 18-də yarımfinal matçına çıxacaq. Rəqibimizin kimliyinə isə hələ aydınlıq gəlməyib.

Xəbəri sosial şəbəkələrdə paylaş: