Azərbaycanın basketbol üzrə oğlanlardan ibarət U-16 və U-18 milliləri Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışına start veriblər.
Arena.az xəbər verir ki, ayın 17-dən başlamış hazırlıq prosesi iyunun 23-nə qədər davam edəcək.
Bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Baş məşqçi Tahir Baxşıyev və onun köməkçisi Polad Həsənovun rəhbərlik etdiyi yığmalarımız, qarşıdan gələn Avropa çempionatı öncəsi mütəmadi şəkildə məşqlərini davam etdirir.
Komandalarımız yoxlama oyunlarında da güclərini sınaqdan keçirirlər. İstanbuldakı ilk sınaq oyununda yerli “İstanbul Athletics” komandası ilə qarşılaşan U-18 yığmamız rəqibi üzərində 90-63 hesablı qələbəyə sevinib.


