UEFA ÇL-in finalını Avropadan kənarda keçirmək istəyir?

UEFA prezidenti Aleksander Çeferin Çempionlar Liqasının final oyununun Avropadan kənarda keçirilə biləcəyi ilə bağlı sualı cavablandırıb.

Arena.az Aleksander Çeferinin “Washington Post”a müsahibəsindən bu xüsusda məqamı diqqətinizə çatdırır:

“Avropadan köçməyi müzakirə etməmişik, nəinki Səudiyyə Ərəbistanı və ya başqa bir yer haqqında konkret danışmaq. Və mən gələcəkdə də bizim buna gedəcəyimizə dair şansları yüksək qiymətləndirmirəm”.

Xatırladaq ki, müvafiq fikri 2016-cı ildə Çeferin özü dilə gətirib. Səudiyyə Ərəbistanının Avropa futbolundakı fəal mövqeyi bu ölkənin Çempionlar Liqasının finalına ev sahibliyi etmək istəməsi ilə bağlı şayiələr dalğasına səbəb olub.

Qeyd edək ki, UEFA Çempionlar Liqasının növbəti iki finalı İngiltərə və Almaniyada keçiriləcək: 2024-cü ildə turnirin finalını Londonun “Uembli” stadionu, 2025-ci ildə isə Münhenin “Alyans Arena”sı qəbul edəcək.

Xəbəri sosial şəbəkələrdə paylaş: