UEFA “Feyenoord”u 74 375 avro cərimə etdi – Səbəb

UEFA, Çempionlar Liqasında azarkeşlərin davranışına görə Niderlandın “Feyenoord” klubuna qarşı intizam sanksiyaları tətbiq edib.

Arena.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Cəzalar Niderland klubunun Çempionlar Liqasının “Barselona” ilə “Kamp Nou” stadionunda keçirilmiş son oyununda azarkeşlərinin davranışı ilə bağlıdır.

Klub ümumilikdə 74 375 avro məbləğində cərimələnib. Cərimənin 25 000 avrosu azarkeşlərin irqçi və/və ya ayrı-seçkilik xarakterli davranışına, 26 375 avrosu meydana kənar əşyaların atılmasına, 10 000 avrosu uyğun olmayan şüarların səsləndirilməsinə, 13 000 avrosu isə vandalizm aktlarına görə tətbiq olunub.

Bundan əlavə, UEFA “Feyenoord” azarkeşləri üçün klubun növbəti səfər oyununda ayrılan bilet kvotasının azaldılmasına qərar verib. Belə ki, qonaq azarkeşlər üçün stadion tutumunun 5 faizi əvəzinə 3,75 faizi qədər bilet ayrılacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: