Türkiyədə təlim-məşq toplanışında olan 16 yaşadək basketbolçulardan ibarət (U-16) Azərbaycan millisi ilk yoxlama oyununu keçirib.
Arena.az xəbər verir ki, komandamız İstanbul şəhərindəki hazırlıq çərçivəsində yerli “Finalspor”la qarşılaşıb.
Yığmamız bu rəqibinə 75:41 hesabı ilə qalib gəlib.
Xatırladaq ki, təlim-məşq toplanışındakı əsas hədəf 19-27 iyulda Kosovonun Priştina şəhərində keçiriləcək Avropa çempionatının C Divizionunun oyunlarına hazırlaşmaqdır.
U-16 ilə yanaşı, 18 yaşadək basketbolçulardan ibarət yığmamız da İstanbulda hazırlıq keçir.


