Özbəkistanın paytaxtı Daşkənddə yeniyetmələr arasında ağır atletika üzrə Mərkəzi Asiya Açıq Birinciliyi keçiriləcək.
Arena.az xəbər verir ki, iyunun 20-dən 24-nə qədər davam edəcək yarışda Azərbaycan atletləri də iştirak edəcəklər.
Bu barədə Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, Azərbaycan yığması bu yarışa cəmi üç atletlə yollanacaq. Heyət aşağıdakı kimidir:
Lətif Əliyev (55 kq)
Akif Abdullayev (67 kq)
Aslan Əmiraslanov (89 kq).


