AÇ-2024-ün rəsmi maskotu: Özü var, adı yox

UEFA özünün rəsmi saytında 2024-cü ildə Almaniyada keçiriləcək futbol üzrə Avropa çempionatının (AÇ-2024) rəsmi maskotunu təqdim edib.

Arena.az xəbər verir ki, qarşıdakı Avropa çempionatının talismanı rolunda kiçik ayı balası çıxış edəcək.

Maskot ilk dəfə Gelzenkirxendəki ibtidai məktəblərin birində təqdim edilib. Ənənələrə diqqəti ilə səciyyəvi almanlar maskotu 20-ci əsrin əvvələrində Almaniyada yaradıldığı deyilən kiçik yumşaq oyuncaq – ayı balasına həsr ediblər.

Maskot hələ adsızdır. UEFA növbəti iki həftə ərzində səsvermə yolu ilə Avropa çempionatının talismanına ad seçməyi azarkeşlərin ixtiyarına verib. Alman diqqəti burada da özünü göstərir. Almanca “ayı” mənasını verən “bär” köklü dörd sözdən biri maskotun adı olacaq. Azarkeşlər Albärt, Bärnardo, Bärnheart və Herzi von Bär adlarından birini seçməkdə məsuldurlar.

Xatırladaq ki, AÇ-2024-ün final mərhələsi gələn il 14 iyun – 14 iyul aralığında keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: