Güləş yığmamız İstanbulda: İlk gündə bir “gümüş”

İyunun 21-də Türkiyənin İstanbul şəhərində güləş üzrə Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirəsinə həsr olunmuş turnirə start verilib.

Arena.az xəbər verir ki, beynəlxalq turnirdə Azərbaycan güləşçiləri də mübarizə aparırlar.

Yarışın ilk günündə Azərbaycanın yunan-Roma güləşçisi Murad Əhmədiyev medal qazanıb. 97 kq-da çıxış edən idmançımız ənənəvi yarışın finalında uduzmaqla gümüş medalçı olub.

İyunun 22-də Azərbaycan millisinin daha 5 üzvü mübarizə aparacaq.

Xatırladaq ki, iyunun 25-nə qədər davam edəcək turnirdə Azərbaycanın hər 3 güləş növü üzrə milli komandasının üzvləri mübarizə aparacaqlar.

Komandamız qardaş ölkəyə bu heyətlə yollanıb:

Yunan-Roma güləşi
60 kq. Nihad Quluzadə
67 kq. Həsən Məmmədli
77 kq. Qurban Qurbanov
82 kq. Tuncay Vəzirzadə
87 kq. Məhəmməd Əhmədiyev
97 kq. Murad Əhmədiyev
130 kq. Sərxan Məmmədov

Qadın güləşi
50 kq. Şəhanə Nəzərova
53 kq. Elnurə Məmmədova
62 kq. Birgül Soltanova
65 kq. Nigar Mirzəzadə

Sərbəst güləş
61 kq. İntiqam Vəlizadə
65 kq. Zirəddin Bayramov, Rəşid Babazadə
70 kq. Kənan Heybətov, Maqomed-Başir Xaniyev
79 kq. Əşrəf Aşırov, Soslan Tigiyev, Orxan Abasov

Ənənəvi turnirdə Azərbaycandan olan beynəlxalq dərəcəli hakim Xəyal Əliyev də ədaləti qoruyanlar sırasında olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: