Formula 1: Ramazan ayına görə təqvim dəyişdiriləcək

Tanınmış jurnalist və Formula 1 mütəxəssisi Co Seyvud 2024-cü il mövsümünün təqvimi ilə bağlı xəbəri paylaşıb.

Arena.az xəbər verir ki, Seyvud bu haqda öz bloqunda yazıb:

“Baxmayaraq ki, hər hansı bir rəsmi təsdiq olmadan bir neçə həftə keçəcək, 2024-cü il təqvimi artıq formalaşmağa başlayır. Hələ heç kimin söz açmadığı vacib məsələ budur ki, ilin ilk iki yarışı bazar günləri deyil, şənbə gecələri keçiriləcək. Bu, yerli təşkilatçılar üçün çox məna kəsb edir, çünki İslam dünyasında “həftə sonu” adətən Qərbdə olduğu kimi şənbə və bazar günləri deyil, cümə və şənbə günləridir. Ərəb dünyasında bazar günü iş günüdür.

Amma dəyişiklik ilk növbədə bununla əlaqədar deyil, daha çox Ramazanla – Formula 1 yarışları ilə uyğun gəlməyən orucla bağlıdır. Ramazan ayı martın 10-u bazar günü başlayır, buna görə də Səudiyyə Ərəbistanı qran-prisinin 9 mart şənbə günü axşam keçirilməsi nəzərdə tutulub. Hər şeyi məhdud vaxtda edə bilmək üçün Bəhreyn qran-prisi də bir gün əvvələ – 2 mart şənbə gününə köçürüləcək. Bu, fevralın son həftəsonu Bəhreyn beynəlxalq trassında mövsümöncəsi sınaqdan sonra olacaq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: