TFF-dən tarixi qərar: Azərbaycanlılar legioner sayılmayacaq

Türkiyə Futbol Federasiyası (TFF) Super Liqanın 2023/2024 mövsümünün legioner limiti ilə bağlı yeni qərarlar qəbul edib.

Arena.az xəbər verir ki, TFF-nin yeni qərarına əsasən, 2023/2024 mövsümündə azərbaycanlı bir futbolçu Türkiyə Super Liqasında çıxış edən komandada legioner hesab olunmayacaq.

Qərarda qeyd olunur ki, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Azərbaycan və ya Türkmənistandan olan bir oyunçu hansısa klubda legioner sayılmayacaq. Buna qədər sözügedən ölkələrin futbolçuları Super Liqada legioner hesab olunurdular.

Super Liqa iştirakçılarına 14 legioner futbolçu ilə müqavilə bağlamaq və TFF-də qeydiyyatdan keçirməyə icazə verilir.

Xatırladaq ki, Türkiyə Super Liqasında yeni mövsüm avqustun 11-də başlayacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: