Türkiyənin İstanbul şəhərində Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın xatirəsinə həsr olunmuş güləş üzrə turnir davam edir.
Arena.az xəbər verir ki, ənənəvi yarışın ikinci günündə yunan-Roma güləşi üzrə millimizin 2 üzvü fəxri kürsüyə qalxıb.
Qurban Qurbanov (77 kq) gümüş, Məhəmməd Əhmədiyev (87 kq) isə bürünc medal qazanıb.
Xatırladaq ki, ilk yarış günündə yunan-Roma güləşi üzrə yığmamızın digər üzvü Murad Əhmədiyev (97 kq) də gümüş medal qazanmışdı.
İyunun 25-nə qədər davam edəcək turnirə Azərbaycan yığması bu heyətlə yollanıb:
Yunan-Roma güləşi
60 kq. Nihad Quluzadə
67 kq. Həsən Məmmədli
77 kq. Qurban Qurbanov
82 kq. Tuncay Vəzirzadə
87 kq. Məhəmməd Əhmədiyev
97 kq. Murad Əhmədiyev
130 kq. Sərxan Məmmədov
Qadın güləşi
50 kq. Şəhanə Nəzərova
53 kq. Elnurə Məmmədova
62 kq. Birgül Soltanova
65 kq. Nigar Mirzəzadə
Sərbəst güləş
61 kq. İntiqam Vəlizadə
65 kq. Zirəddin Bayramov, Rəşid Babazadə
70 kq. Kənan Heybətov, Maqomed-Başir Xaniyev
79 kq. Əşrəf Aşırov, Soslan Tigiyev, Orxan Abasov
Ənənəvi turnirdə Azərbaycandan olan beynəlxalq dərəcəli hakim Xəyal Əliyev də ədaləti qoruyanlar sırasındadır.


