Güləş yığmamız Türkiyədən 12 medalla qayıdır

Türkiyənin İstanbul şəhərində təşkil olunmuş Yaşar Doğu, Vehbi Əmrə və Hamit Kaplanın güləş üzrə xatirə turnirinə yekun vurulub.

Arena.az xəbər verir ki, ənənəvi yarışın son günündə Azərbaycan güləşçiləri daha medal qazanıblar.

Belə ki, qadın güləşində Elnurə Məmmədova (53 kq) bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Sərbəst güləşdə isə İntiqam Vəlizadə (61 kq) bürünc medal qazanıb.

Bununla da Azərbaycan güləşçilərinin iyunun 21-dən 25-dək davam edən ənənəvi yarışda qazandıqları medalların sayı 12-yə çatıb. Güləşçilərimiz turniri 3 qızıl, 2 gümüş və 7 bürünc medalla başa vurublar.

Yunan-Roma güləşində Qurban Qurbanovla (77 kq) Murad Əhmədiyev (97 kq) ikinci, Məhəmməd Əhmədiyev (87 kq) isə üçüncü yeri tutub.

Qadın güləşində Birgül Soltanova (62 kq) və Elnurə Məmmədova (53 kq) bütün rəqiblərinə qalib gələrək çempion olublar. Nigar Mirzəzadə (65 kq) fəxri kürsünün 3-cü pilləsinə yüksəlib.

Sərbəst güləşdə isə Maqomed-Başir Xaniyev (70 kq) qızıl, İntiqam Vəlizadə (61 kq), Zirəddin Bayramov, Rəşid Babazadə (hər ikisi 65 kq), Orxan Abasov və Əşrəf Aşırov (79 kq) bürünc medal əldə edib.

Xatırladaq ki, ənənəvi yarışda beynəlxalq dərəcəli hakim Xəyal Əliyev ədaləti qoruyanlar sırasında olub.

Azərbaycan yığması Türkiyədəki turnirə bu heyətlə yollanmışdı:

Yunan-Roma güləşi
60 kq. Nihad Quluzadə
67 kq. Həsən Məmmədli
77 kq. Qurban Qurbanov
82 kq. Tuncay Vəzirzadə
87 kq. Məhəmməd Əhmədiyev
97 kq. Murad Əhmədiyev
130 kq. Sərxan Məmmədov

Qadın güləşi
50 kq. Şəhanə Nəzərova
53 kq. Elnurə Məmmədova
62 kq. Birgül Soltanova
65 kq. Nigar Mirzəzadə

Sərbəst güləş
61 kq. İntiqam Vəlizadə
65 kq. Zirəddin Bayramov, Rəşid Babazadə
70 kq. Kənan Heybətov, Maqomed-Başir Xaniyev
79 kq. Əşrəf Aşırov, Soslan Tigiyev, Orxan Abasov

Xəbəri sosial şəbəkələrdə paylaş: