Şimali Makedoniyadan olan futbol mütəxəssisi Borçe Hristov yenidən Azərbaycan təmsilçisi “Zirə”də çalışacaq.
Arena.az xəbər verir ki, bu barədə paytaxt klubunun mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, 52 yaşlı məşqçi ilə 2 illik müqavilə imzalanıb. O, əsas komandanın məşqçilər korpusunda yer alacaq.
Xatırladaq ki, Borçe Hristov 2020-ci ildə də “Zirə”də çalışıb. O, 2017-2019-cu illər aralığında “Qarabağ”da da fəaliyyət göstərib.


