“Barselona”da maliyyə tənəzzülü – klub pulsuz-parasız qalıb

Ötən mövsümü İspaniya çempionu kimi başa vurmuş “Barselona”nın maliyyə tənəzzülünə uğradığı haqda məlumat yayılıb.

Arena.az bu barədə jurnalist Jerar Romeroya istinadən xəbər verir:

“Barselona”nın nəinki yeni oyunçuları imzalamaq üçün sərbəst vəsaiti yoxdur, klubun həmçinin əməkhaqqı fondunun sərbəst vəsaiti ciddi şəkildə məhduddur. Klubun hər hansı yeni sövdələşmələri qeydiyyatdan keçirmək üçün praktiki olaraq heç bir imkanı yoxdur. Bu həftə klub direktorlar şurasının iclasını keçirərək, mövcud vəziyyəti baxışdan keçirəcək”, deyə Romero “Twitter” hesabı üzərindən məlumat verir.

Dünən, iyunun 26-da “Barselona” “Mançester Siti”nin kapitanı, yarımmüdafiəçi İlkay Gündoğanı azad agent qismində imzaladığını açıqlayıb. Kataloniyalılar həmçinin “Atletico Paranaense”nin 18 yaşlı braziliyalı istedadı Vitor Rokenin də transferi ilə bağlı razılığa gəliblər. Ancaq klubun bu transferə təzminat ödəmək üçün vəsaiti yoxdur. Müqavilənin rəsmiləşəcəyi halda İspaniya çempionu braziliyalı hücumçunu qeydiyyatdan keçirə bilməyəcək. Bu üzdən də klub onu dərhal əks düşərgəyə icarəyə qaytarmalı olacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: