Sərbəst güləş millimizin U-20 Avropa çempionatı üçün heyəti

Bu gün İspaniyada keçirilən U-20 Avropa çempionatında iştirak edəcək sərbəst güləş üzrə Azərbaycan millisinin heyəti açıqlanıb.

Arena.az xəbər verir ki, bu münasibətlə Azərbaycan Güləş Federasiyasının təlim-məşq bazasında federasiya rəsmiləri ilə milli komanda arasında görüş baş tutub.

Federasiya rəsmiləri və yığmanın məşqçiləri komanda üzvlərinə uğurlar arzulayıblar, nizam-intizama ciddi riayət etməyin vacibliyini diqqətə çatdırıblar.

Qitə birinciliyində Arif Abdullayevin, o cümlədən digər məşqçilər Rövşən Hacıyevlə Əşrəf Əliyevin rəhbərliyi altında ölkəmizi 10 güləşçi təmsil edəcək:

Ruslan Abdullayev (57 kq)
Ceyhun Allahverdiyev (61 kq)
Ramik Heybətov (65 kq)
Cavidan Əhmədov (70 kq)
Əkbər Vəliyev (74 kq)
Sadiq Mustafazadə (79 kq)
Timur Gülmaqomedov (86 kq)
Rəvan Musayev (92 kq)
Zəfər Əliyev (97 kq)
Yusif Dursunov (125 kq)

Qeyd edək ki, bu Avropa çempionatında sərbəst güləş üzrə mübarizə yarışın son 3 günündə baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: