Gənclər Liqasının 2022/2023 mövsümünə yekun vuruldu – Fotolar

AFFA tərəfindən 19 yaşadək futbolçular arasında təşkil olunmuş Gənclər Liqasının 2022/2023 mövsümünə yekun vurulub.

Arena.az xəbər verir ki, turun son oyunundan sonra mükafatlandırma mərasimi təşkil olunub.

İlk üç yeri tutan komandalara müvafiq olaraq, bürünc (“Sabah”), gümüş (“Neftçi”) medallar və diplomlar, çempion “Qəbələ” komandasına isə kubok verilib.

Mükafatları AFFA-nın Məşqçilər Komitəsinin üzvü Əsgər Abdullayev və Uşaq və Gənclər üzrə Yarışların Təşkili şöbəsinin rəisi Yusif Vəliyev təqdim ediblər.

“Qəbələ” komandasının üzvü Sənan Ağalarov liqanın ən məhsuldar oyunçusu olub.

“Qəbələ” komandasının digər üzvü Eşqin Əhmədov isə Gənclər Liqasının ən yaxşı oyunçusu seçilib. O, xüsusi hədiyyə ilə mükafatlandırılıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: