Çimərlik güləşi üzrə Dünya Seriyasının 3-cü mərhələsində 3 medal

İyunun 29-30-da Fransanın Sen-Loren-du-Var şəhərində çimərlik güləşi üzrə Dünya Seriyasının növbəti – üçüncü mərhələsi baş tutub.

Arena.az xəbər verir ki, Azərbaycanı bu yarışda təmsil edən güləşçilərin hamısı medal qazanıb.

Bütün rəqiblərinə qalib gələn İbrahim Yusubov (90 kq) çempion olub. Ramiz Həsənov (70 kq) və Oyan Nəzəriani (+90 kq) isə üçüncü yeri tutublar.

Beləliklə, çimərlik güləşi üzrə millimizin üzvləri Dünya Seriyasının 3-cü mərhələsində 1 qızıl və 2 bürünc medal əldə ediblər.

Xatırladaq ki, çimərlik güləşi üzrə Dünya Seriyasının ilk mərhələsi bu il Argentinanın paytaxtı Buenos-Ayresdə keçirilmişdi. 27 ölkənin təmsil olunduğu yarışda güləşçilərimiz 1 gümüş və 1 bürünc medal qazanmışdılar. Ramiz Həsənov (70 kq) Argentinada bürünc, İbrahim Yusubov (90 kq) isə gümüş medal əldə etmişdi.

İyunun 10-dan 11-nə qədər Sinqapurda təşkil olunmuş ikinci mərhələdə isə yalnız İbrahimov Yusubov (90 kq) bürünc medal qazana bilmişdi.

Dünya Seriyasının dördüncü mərhələsi 9-10 sentyabrda Rumıniyanın Konstanta şəhərində keçiriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: