Futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün ilkin mərhələsinin final qarşılaşması keçirilib.
Arena.az xəbər verir ki, həlledici oyunda İslandiyanın “Breydablik” və Monteneqronun “Buduçnost” komandaları üz-üzə gəliblər.
İslandiyada baş tutan final qarşılaşmasında meydan sahibləri darmadağına seviniblər. Beş cavabsız qolla qalib gəlmiş “Breydablik” bu zəfəri sayəsində UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinə vəsiqə qazanıb.
Bununla da UEFA Çempionlar Lqasının 1-ci təsnifat mərhələsinin sonuncu cütü də müəyyənləşib. Belə ki, “Breydabilk” növbəti mərhələdə İrlandiyanın “Şemrok Rovers” komandasına rəqib olub.
Xatırladaq ki, “Breydablik” Çempionlar Liqasının ilkin təsnifat mərhələsinin yarımfinalında San Marinonun “Tre Penne” komandasını 7:1, “Buduçnost” isə Andorranın “Atletik” komandasını 3:0 hesabıyla məğlub etmişdi.
UEFA Çempionlar Liqası
İlkin mərhələ, Final
30 iyun
Buduçnost (Monteneqro) – Breydablik (İslandiya) 0:5
Qollar: Eynarsson, 5. Siqurdsson, 22. Eyjolfsson, 29. Gunnlauqsson, 33. Svanthorsson, 74.
Sonda UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin bütün cütlərini təqdim edirik:
“Hakken” (İsveç) – TNS (Uels)
“Ballkani” (Kosovo) – “Ludoqorets” (Bolqarıstan)
“Şemrok Rovers” (İrlandiya) – “Breydablik” (İslandiya)
“Jalgiris” (Litva) – “Struqa” (Şimali Makedoniya)
“Klaksvik” (Farer adaları) – “Ferentsvaroş” (Macarıstan)
“Olimpiya” (Sloveniya) – “Valmiera” (Latviya)
HJK (Finlandiya) – “Larne” (Şimali İrlandiya)
“Linkoln” (Cəbəllüttariq) – “Qarabağ” (Azərbaycan)
“Rakuv” (Polşa) – “Flora” (Estoniya)
“Slovan” (Slovakiya) – “Svift” (Lüksemburq)
“Farul” (Rumıniya) – “Şerif” (Moldova)
“Hamrun Spartans” (Malta) – “Makkabi” (Hayfa, İsrail)
“Urartu” (Ermənistan) – “Zrinski” (Bosniya və Herseqovina)
“Partizani” (Albaniya) – BATE (Belarus)
“Astana” (Qazaxıstan) – “Dinamo” (Tiflis, Gürcüstan)
Xatırladaq ki, Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin oyunları 11/12 və 18/19 iyulda baş tutacaq.


