“Qarabağ” “Legiya”ya məğlub oldu

Avstriyada təlim-məşq toplanışında olan Azərbaycan çempionu “Qarabağ” bu gün hazırlıq çərçivəsində növbəti yoxlama oyununa çıxıb.

Arena.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv ikinci sınaq matçında “Legiya” ilə üz-üzə gəlib.

Polşa təmsilçisi ilə görüş “Kössen Arena”da baş tutub. Azərbaycan təmsilçisi bu oyunda 2 cavabsız qolla məğlub olub. Ağdamlılar 74 və 80-ci dəqiqələrdə məyus olublar.

Xatırladaq ki, Ağdam klbu 2020-ci ildə “Legiya” ilə Avropa Liqasının pley-off mərhələsində qarşılaşmışdı. Pandemiyaya görə bir oyundan ibarət həmin mərhələdə Ağdam təmsilçisi Varşavada 3:0 hesabı ilə qalib gələrək turnirin qrup mərhələsinə yüksəlmişdi. Varşava təmsilçisində vaxtilə “Qarabağ”ın sabiq hücumçusu Mahir Emreli də oynayıb.

“Qarabağ” Avstriyadakı ilk sınaq matçında “Ferentsvaroş” ilə qarşılaşmışdı. Həmin oyunda məhsuldar heç-heçə qeydə alınmışdı 3:3. Komandamız Kössendə daha bir sınaq matçına çıxacaq. Azərbaycan çempionu ÇSKA (Sofiya, Bolqarıstan) ilə üz-üzə gələcək.

Yoxlama oyunu
1 iyul

Qarabağ – Legiya 0:2
Qollar: Mark Qual, 74. Yurgen Elitim Sepulveda, 80
Avstriya. “Kössen Arena”.

Qarabağ: 1. Şahruddin Məhəmmədəliyev, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 19. Redon Cica, 10. Abdullah Zubir, 17. Hamidu Keyta.
Ehtiyat oyunçular: 89. Amin Ramazanov, 23. Luka Quqeşaşvili, 5. Maksim Medvedev, 2. Qara Qarayev, 9. Musa Qurbanlı, 83. Nihad Quliyev, 7. Yassin Benzya, 11. Adama Diakabi, 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 90. Nəriman Axundzadə, 20. Riçard Almeyda, 27. Toral Bayramov.
Baş məşqçi: Qurban Qurbanov.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: