Cek Uilşir: “Kreyq Bellami köynəyimlə butslarını silirdi”

“Arsenal”ın sabiq futbolçusu Cek Uilşir “Mançester Siti”nin keçmiş üzvü Kreyq Bellami ilə 2009-cu ildə yaşadığı hadisənin xatirəsini bölüşüb.

Arena.az Uilşirin “The George Groves Boxing Club”ın efirində bu xüsusda səsləndirdiyi sözlərini diqqətinizə çatdırır:

“Kreyq Bellamini xatırlayıram, bəli. Cəmi 16 yaşım olanda ona qarşı oynamışam. Bu, “Mançester Siti” ilə səfər oyununda, Liqa Kubokunda baş verib. O, bütün oyun boyu mənə qarşı çox pis davranırdı.

Ancaq bununla belə, oyundan sonra onun formasını istədim: “Sənin formanı ala bilərəm?” Köynəyini mənə verdi, mən də özümünkünü ona verdim və getdim – amma dönüb baxanda köynəyimlə butslarını silirdi!”

Uilşir “Arsenal”da 10 mövsüm keçirib (2008-2018) və “topçular”la üç kubok qazanıb: 2 İngiltərə Kuboku və 1 İngiltərə Super Kuboku.

Xəbəri sosial şəbəkələrdə paylaş: