İspaniyanın “Valyadolid” klubunun 18 yaşlı ispan sağ cinah müdafiəçisi İvan Fresneda bu yay komandanı tərk edə bilər.
Arena.az bu barədə “Mundo Deportivo”ya istinadən xəbər verir.
Fresnedanın transferi “Barselona” üçün vacib məsələ olmaqla yanaşı, futbolçunun özü də Kataloniya klubuna keçməyə meyillidir. Müdafiəçi gələcəyi ilə bağlı qəti qərar vermək üçün “Barselona”nın son niyyətinin nədən ibarət olduğunu bilmək istəyir. Bundan əvvəl futbolçunun agentlərinin “Barselona”nın idman rəhbərliyi ilə görüşdüyü bildirilirdi.
Amma bu mənzərədə daha bir iddialı var, bu, “Milan”dır. “Rossoneri” artıq Fresnedanın agenti ilə əlaqə saxlayıb. İtalyanların marağının kökündə komandanın müdafiəçiləri Serjinyo Dest və Pyer Kalyulyu ilə yaranmış vəziyyət dayanır. Serjinyo Destin “Milan”la müqaviləsi başa çatmaq üzrədir, Pyer Kalyulyunun isə komandanı mümkün tərk etmə ehtimalı var.
2022/2023 mövsümündə Fresneda “Valyadolid”in heyətində 24 oyuna çıxıb, məhsuldar fəaliyyəti ilə fərqlənməyib.
“Transfermarkt” internet-portalı İvan Fresendanı 15 milyon avro məbləğində qiymətləndirir.


