Bu gün Formula 1 üzrə dünya çempionatında 2023-cü il mövsümünün növbəti mərhələsi – 9-cu qran-prisi baş tutub.
Arena.az xəbər verir ki, budəfəki qran-pri Avstriyanın Şpilberq şəhərində təşkil olunub.
Avstriya qran-prisi də ötən mövsümün qalibi, “Red Bull”un pilotu Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. Niderlanddan olan 25 yaşlı pilot 71 dövrəlik yarışı 1:25:33.607 göstərici ilə ilk sırada bitirib.
Bu, onun cari mövsümdə 7-ci, karyerası ərzində isə 42-ci qələbədir. Ardıcıl 5-ci qələbəsini qazanan Ferstappen bu mövsüm Bəhreyn, Avstraliya, Mayami, Monako, İspaniya və Kanada qran-prilərinin də qalibi olmuşdu.
“Ferrari”dən Şarl Lekler Şpilberqdə ikinci olub. Üçüncü yeri isə Ferstappenin komanda yoldaşı, “Red Bull”un digər pilotu Serxio Peres tutub.
Bu mövsüm geridə qalan 9 turdan sonra “Red Bull”un üzvləri Maks Ferstappen 229 xalla birinci, Serxio Peres isə 148 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 129 xala malik Fernando Alonso (“Aston Martin”) qapayır.
Konstruktorların mübarizəsində də “Red Bull” 377 xalla zirvədə qərarlaşıb. Xal hesabını 178-ə çatdıran “Mersedes” ikinci pillədə qalıb. “Aston Martin” isə 172 xalla üçüncüdür.
Formula 1 üzrə dünya çempionatında 2023 mövsümünün növbəti qran-prisi Böyük Britaniyada keçiriləcək. Sözügedən yarış iyulun 9-da Silverstoun qəsəbəsində baş tutacaq.
Dünya çempionatı, 2023
Pilotların yarışında turnir cədvəli:
1. Maks Ferstappen (Red Bull) – 229
2. Serxio Peres (Red Bull) – 148
3. Fernando Alonso (Aston Martin) – 129
4. Luis Hamilton (Mersedes) – 108
5. Karlos Sayns (Ferrari) – 86
6. Şarl Lekler (Ferrari) – 72
7. Corc Rassell (Mersedes) – 70
8. Lens Stroll (Aston Martin) – 43
9. Esteban Okon (Alpine-Reno) – 31
10. Lando Norris (Maklaren) – 22
11. Pyer Qasli (Alpine-Reno) – 17
12. Niko Hulkenberq (Haas) – 9
13. Aleksander Albon (Uilyams) – 7
14. Oskar Piastri (Maklaren) – 5
15. Valtteri Bottas (Alfa Romeo) – 5
16. Jou Quanyu (Alfa Romeo) – 4
17. Yuki Tsunoda (Alfa Tauri) – 2
18. Kevin Maqnussen (Haas) – 2
19. Loqan Sarcent (Uilyams) – 0
20. Nik De Vris (Alfa Tauri) – 0
Konstruktorların xal sıralaması:
1. Red Bull – 377
2. Mersedes – 178
3. Aston Martin – 172
4. Ferrari – 158
5. Alpine-Reno – 48
6. Maklaren – 27
7. Haas – 11
8. Alfa Romeo – 9
9. Uilyams – 7
10. Alfa Tauri – 2


