Basketbol üzrə kişilərdən ibarət Azərbaycan millisi 2027-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının seçmə mərhələsində iştirak edəcək.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Basketbol Federasiyasının mətbuat xidməti məlumat yayıb.
Xəbərdə bildirilir ki, dünya çempionatının seçmə mərhələsində ilk mərhələnin oyunları 2024-cü ilin 19-27 fevral, 18-26 noyabr və 2025-ci ilim 17-25 fevral tarixlərində baş tutacaq.
Azərbaycan millisi ikinci seçmə mərhələyə adlayacağı təqdirdə isə, mübarizəni 2025-ci ilin iyununda da davam etdirəcək.
Seçmə mərhələnin püşkatma mərasimi avqustun 8-də Almaniyanın Münhen şəhərində keçiriləcək.


