Sabah Macarıstanın Kapoşvar şəhərində 15 yaşadək güləşçilər arasında U-15 Avropa çempionatına start veriləcək.
Arena.az xəbər verir ki, iyulun 9-na qədər davam edəcək qitə birinciliyində hər 3 güləşi növü üzrə milli komandalarımız iştirak edəcəklər.
Yarış ərəfəsində Azərbaycan Güləş Federasiyasının rəsmiləri komandalarla görüşüb və onlara uğurlar arzulayıblar.
Sabah qadın güləşi üzrə yarışa start veriləcək. Məşqçi Həsrət Məmmədyarovun rəhbərliyi altında 5 güləşçi mübarizə aparacaq:
Əfsanə İslamova (39 kq)
Nəzrin Əhmədli (42 kq)
Esra Məmmədli (46 kq)
Fidan Babayeva (58 kq)
Milana Bağırzadə (62 kq)
İyulun 7-də sərbəst güləşçilər xalçaya çıxacaq. Məşqçilər Namiq Quliyev, Elşad Allahverdiyev və Xəqan Süleymanovun rəhbərliyi altında 13 idmançı Kapoşvarda uğur qazanmağa çalışacaq:
Müstəcəb Məmmədov (38 kq)
Rəşid Nazarov (41 kq)
Ruslan Əlizadə (44 kq)
Həsən Həsənov (48 kq)
Fərid Ağazadə, Hüseyn İsmayılov (hər ikisi 52 kq)
İsa Yusibov (57 kq)
Nihad Abbasov (62 kq)
Rəşad Veysəlov (68 kq)
Hüseyn Məmmədtağızadə, Nihad Quliyev (hər ikisi 75 kq)
Amin Nəsibov, Hakim Tağıyev (hər ikisi 85 kq)
Ayın 8-də isə yunan-Roma güləşçiləri yarışa qoşulacaq. Məşqçilər Əbilfət Məmmədovla İlham Vezirovun rəhbərliyi altında 13 idmançı Kaposvarda uğur qazanmağa çalışacaq:
Abdurrəhman Hüseynli, Qurban Məcnunov (hər ikisi 38 kq)
Ayxan Əsədli (41 kq)
Hikmət Haqverdiyev (44 kq)
Elşad Abbasov, Əli Nəzərov (hər ikisi 48 kq)
Nihad Məhərrəmov, Marat Ağakərimov (hər ikisi 52 kq)
Məhəmməd Ələkbərli (57 kq)
Nicat Yeylaqaliyev (62 kq)
Yusif Əhmədli (68 kq)
Rihad İbrahimli (75 kq)
Rüfət Əlizadə (85 kq)
Təsnifat və təsəlliverici görüşlər Bakı vaxtı ilə 12:30-da başlayacaq. Yarımfinallar 19:00-da, medal qarşılaşmaları isə 20:00-da start götürəcək. Yarışın sonuncu günündə isə həlledici görüşlər 15:30-da başlayacaq. Qadın güləşində medalçılar iyulun 7-də, sərbəst güləşdə ayın 8-də, yunan-Roma güləşində isə çempionatın sonuncu günündə müəyyənləşəcək.
Xatırladaq ki, U-15 Avropa çempionatında Kamran Baxışov və Samil Fəttayev ölkəmizi hakim qismində təmsil edəcəklər.


