“Mançester Yunayted” kamerunlu qapıçı Andre Onananın transferi üçün “İnter”ə yeni təklif göndərməyi planlaşdırır.
Arena.az bu barədə ESPN-ə istinadən xəbər verir.
Mənbənin məlumatına görə, “qırmızı şeytanlar” “neradzurri”yə bonuslar istisna olmaqla, demək olar ki, 46 milyon avro təklif etməyə hazır olduqlarını bildiriblər. “İnter”in Onana üçün azı 60 milyon avro istəyəcəyi, amma tərəflərin transferin məbləği ilə bağlı razılığa gələ bilməsi ehtimalının olduğu da vurğulanır.
Xatırladaq ki, daha əvvəl “İnter” “Mançester Yunayted”in Andre Onana üçün start təklifini rədd etmişdi. Onda “qırmızı şeytanlar” 40 milyon avro təklif etmişdilər.
Onana 2022-ci ilin yayından “İnter”də çıxış edir. Kamerunlu qapıçı əvvəllər “Ayaks”da çıxış edib, daha sonra azad agent qismində “İnter”ə keçib.
Geridə qalmış 2022/2023 mövsümündə Andre Onana “İnter”in heyətində 41 oyuna çıxıb, 36 qol buraxıb, 19 oyundan “quru” çıxıb. O, komandası ilə İtaliya Kubokubu və Super Kubokunu qazanıb, ölkə çempinatının gümüş mükafatçısı, Avropa Liqasının finalçısı olub.
“Transfermarkt” internet-portalı Andre Onananı 35 milyon avro məbləğində qiymətləndirir.


