“Barselona”nın baş məşqçisi Xavi klubun yeni transferi İlkay Gündoğan haqda danışıb, komandanın gələn mövsümə əsas hədəfini açıqlayıb.
Arena.az “Sport” dərgisinə istinadən Xavinin müvafiq xüsuslarda fikirlərini diqqətinizə çatdırır:
“Gündoğan yarımmüdafiədə çoxyönlü oyunçudur, təcrübəlidir, son Çempionlar Liqasının qalibidir və həmçinin “Mançester Siti”nin kapitanı olub. O, çox hazırlıqlıdır və “Barselona”ya üstünlük verir. İlkay titullar üçün kluba keçdiyini bizə deyib və bizə çox kömək edəcəyinə əminəm.
Bu keçid “Barsa” brendinin nə demək olduğunun mükəmməl xülasəsidir. Bizə “yox” deyəcək bir futbolçuya rast gəlməmişəm. İnsanlar bizim rəqabətə qadir olduğumuzu yenidən gördülər. Gündoğan daha bir nümunədir. O, “Barsa”da uğur qazanmağı xəyal edir. Klubun brendi təəssürat doğurur”, deyə Xavi “Barselona”nın yeni transferi İlkay Gündoğan haqda danışıb.
Xavi həmçinin “Barselona”nın qarşıdakı yeni mövsümdə hədəfi haqda açıqlama verib:
“Bütün kuboklar uğrunda mübarizə aparmaq istəyirik. Çempionlar Liqasında qisas almaq üçün yaxşı vəziyyətdəyik. İrəliyə doğru addım atmaq gərəkdir. Düşünürəm ki, yeni gələnlərin sayəsində daha da yaxşı olacağıq.
Məqsəd UEFA Çempionlar Liqasını qazanmaqdır. Biz gizlənmirik. Görək, nə qədər uzağa gedə bilərik. Bizim üçün 1/8 və ya 1/4 final anlayışı yoxdur, biz finala can atırıq. Amma biz favorit deyilik. Əvvəlki iki ilə baxada, xüsusən”.
Xatırladaq ki, “Barselona” geridə qalmış 2022/2023 mövsümünü 88 xalla çempion olaraq başa vurub. Kataloniya təmsilçisi əsas rəqibi “Real”ı 10 xal qabaqlayıb.


