Millimiz Kapoşvardakı Avropa çempionatında ikinci oldu

Macarıstanın Kapoşvar şəhərində 15 yaşadək güləçilər arasında keçirilən Avropa çempionatında sərbəst güləş üzrə mübarizəyə yekun vurulub.

Arena.az xəbər verir ki, qitə birinciliyində 9 (3 gümüş 6 bürünc) medal qazanan Azərbaycan millisi komanda hesabında ikinci yeri olub.

Azərbaycan yalnız Gürcüstandan (155) geri qalıb. Yığmamız 145 xal toplayıb ki, bu da Azərbaycan güləşi adına yeni rekorddur.

Xatırladaq ki, məşqçilər Namiq Quliyev, Elşad Allahverdiyev və Xəqan Süleymanovun rəhbərliyi altında bu Avropa çempionatında aşağıdakı güləşçilərimiz medal qazanıblar:

Gümüş medal
Hüseyn İsmayılov (52 kq)
İsa Yusibov (57 kq)
Amin Nəsibov (85 kq)

Bürünc medal
Rəşid Nazarov (41 kq)
Ruslan Əlizadə (44 kq)
Həsən Həsənov (48 kq)
Fərid Ağasızadə (52 kq)
Nihad Abasov (62 kq)
Rəşad Veysəlov (68 kq)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: