Azərbaycan millisi Gürcüstanın Qori şəhərində gənc boksçular arasında keçirilən beynəlxalq turnirdə iştirak edib.
Arena.az xəbər verir ki, iyulun 6-da start götürmüş və 4 gün davam edən yarışda Azərbaycan millisinin 8 üzvü qüvvəsini sınayıb.
Turnirdə məşqçilər Ceyhun Əbiyevlə Elvin Məmişzadənin rəhbərliyi altında bu boksçularımız mübarizə aparıblar:
Ramal Yolçuyev (48 kq)
Sabir Dadaşov (51 kq)
Ənəs Ağayev (54 kq)
Əli Alıyev (57 kq)
Nadir Məlikov (60 kq)
Ayxan Əliyev, Özcan Rəsulzadə (hər ikisi 67 kq)
İlfan Xəlilli (80 kq)
Azərbaycan boksçularından 7-si yarışı medalla başa vurub. Komandamızın heyətində Ramal Yolçuyev (48 kq) və Nadir Məlikov (60 kq) fəxri kürsünün ikinci pilləsinə qalxıb. Sabir Dadaşov (51 kq), Ənəs Ağayev (54 kq), Əli Alıyev (57 kq), Ayxan Əliyev (67 kq) və İlfan Xəlilli (80 kq) isə bürünc medala sahib olublar.
Yarıda ölkəmizi hakimi kimi Anar Nağdıyev təmsil edib.
Qeyd edək ki, Azərbaycan millisi sabah – iyulun 10-da Bakıya qayıdacaq.


