Formula 1: Ferstappendən ardıcıl 6-cı qələbə!

Bu gün Formula 1 üzrə dünya çempionatında 2023-cü il mövsümünün növbəti mərhələsi – 10-cu qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, budəfəki qran-pri Böyük Britaniyanın Silverstoun qəsəbəsində təşkil olunub.

Böyük Britaniya qran-prisi də ötən mövsümün qalibi, “Red Bull”un pilotu Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. Niderlanddan olan 25 yaşlı pilot 52 dövrəlik yarışı 1:25:16.938 göstərici ilə ilk sırada bitirib.

Bu, onun cari mövsümdə 8-ci, karyerası ərzində isə 43-cü qələbədir. Ardıcıl 6-cı qələbəsini qazanan Ferstappen bu mövsüm Bəhreyn, Avstraliya, Mayami, Monako, İspaniya, Kanada və Avstriya qran-prilərinin də qalibi olmuşdu.

“Maklaren”dən Lando Norris Silverstounda ikinci olub. Üçüncü yeri isə “Mersedes”in pilotu Luis Hamilton tutub.

Bu mövsüm geridə qalan 10 turdan sonra “Red Bull”un üzvləri Maks Ferstappen 255 xalla birinci, Serxio Peres isə 156 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 137 xala malik Fernando Alonso (“Aston Martin”) qapayır.

Konstruktorların mübarizəsində də “Red Bull” 411 xalla zirvədə qərarlaşıb. Xal hesabını 203-ə çatdıran “Mersedes” ikinci pillədə qalıb. “Aston Martin” isə 181 xalla üçüncüdür.

Formula 1 üzrə dünya çempionatında 2023 mövsümünün növbəti qran-prisi Macarıstanada keçiriləcək. Sözügedən yarış iyulun 9-da Modyorod şəhərində baş tutacaq.

Dünya çempionatı, 2023

Pilotların yarışında turnir cədvəli:

1. Maks Ferstappen (Red Bull) – 255

2. Serxio Peres (Red Bull) – 156

3. Fernando Alonso (Aston Martin) – 137

4. Luis Hamilton (Mersedes) – 121

5. Karlos Sayns (Ferrari) – 83

6. Corc Rassell (Mersedes) – 82

7. Şarl Lekler (Ferrari) – 74

8. Lens Stroll (Aston Martin) – 44

9. Lando Norris (Maklaren) – 42

10. Esteban Okon (Alpine-Reno) – 31

11. Oskar Piastri (Maklaren) – 17

12. Pyer Qasli (Alpine-Reno) – 16

13. Aleksander Albon (Uilyams) – 11

14. Niko Hulkenberq (Haas) – 9

15. Valtteri Bottas (Alfa Romeo) – 5

16. Jou Quanyu (Alfa Romeo) – 4

17. Yuki Tsunoda (Alfa Tauri) – 2

18. Kevin Maqnussen (Haas) – 2

19. Loqan Sarcent (Uilyams) – 0

20. Nik De Vris (Alfa Tauri) – 0

Konstruktorların xal sıralaması:

1. Red Bull – 411

2. Mersedes – 203

3. Aston Martin – 181

4. Ferrari – 157

5. Maklaren – 59

6. Alpine-Reno – 47

7. Uilyams – 11

8. Haas – 11

9. Alfa Romeo – 9

10. Alfa Tauri – 2

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: