Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) Türkiyənin ən böyük futbol klublarından olan “Qalatasaray”ın sponsoru olub.
Arena.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisi rəsmi saytı vasitəsilə məlumat yayıb.
Xəbərdə bildirilir ki, tərəflər arasında 3 illik müqavilə imzalanıb. Əməkdaşlıq rəsmi olaraq 2023/2024 mövsümündən etibarən başlayacaq.
Anlaşmaya əsasən, “Qalatasaray”ın avrokuboklarda istifadə edəcəyi formaların sinə hissəsində SOCAR-ın adı yazılacaq.
Xatırladaq ki, Türkiyə mətbuatı hələ bir müddət öncə tərəflərin bu məsələ ilə bağlı razılığa gəldiyini açıqlamışdı. Həmin xəbərdə “Qalatasaray” klubunun bu anlaşmadan ilə 5 milyon avro gəlir əldə edəcəyi vurğulanırdı.


