Formula 1: “Alfa Tauri” Nik de Vrisi Daniel Rikkardo ilə əvəzlədi

Formula 1 üzrə dünya çempionatının 2023 mövsümünün aşkar autsayderi olan “Alfa Tauri”nin holland pilotu Nik de Vris komandadan qovulub.

Arena.az bu barədə De Vris ailəsi ilə yaxşı münasibətdə olan şərhçi Allard Kalfa istinadən xəbər verir.

Allard Kalf bu barədə sosial şəbəkələrdə məlumat verib.

Ötən mövsüm De Vris “Mersedes”də ehtiyat sürücü olub. Bununla belə, De Vris müxtəlif Formula 1 komandaları – “Uilyams”, “Aston Martin”, “Alfa Tauri” və “Mersedes”lə dörd məşq keçirib, həmçinin “Alpin” bolidi ilə şəxsi sınaqlarda iştirak edib. Əvvəllər De Vrisin “Alfa Tauri”də yerini itirə biləcəyi haqda dəfələrlə məlumat verilib.

28 yaşlı Nik de Vries Formula 1-də ilk mövsümünü keçirib və heç vaxt xal zonasına düşə bilməyib.

“Alfa Tauri” Nik De Vrisin əvəzinə “Maklaren”in sabiq, hazırda “Red Bull” komandasının ehtiyat pilotu, avstraliyalı Daniel Rikkardo ilə anlaşıb. Rikkardo “Alfa Tauri”də mövsümün sonuna qədər icarə əsasında çıxış edəcək. Təyinat komandanın rəsmi saytında bəyan edilib.

Daniel Rikkardo Macarıstan qran-prisində “Alfa Tauri”nin heyətində Nik de Vrisi əvəzləyəcək. Macarıstan qran-prisi 21-23 iyul tarixində keçiriləcək.

Xatırladaq ki, “Alfa Tauri” bu mövsüm cəmi 2 xalla 10 komanda arasında sonuncu pillədə qərarlaşıb. Bu komandaya 2 xalı da digər pilotu Yuki Tsunoda qazandırıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: