Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 1-ci təsnifat mərhələsinə start verilib.
Arena.az xəbər verir ki, ilk oyun günündə 10 qarşılaşma baş tutub.
Azərbaycan çempionu “Qarabağ” da yeni mövsümdəki ilk matçına bu gün çıxıb. Ağdam klubu Cəbəllüttariqdə yerli “Linkoln”un qonağı olub. Bu, Azərbaycan klublarının Cəbəllüttariq komandaları ilə ilk matçı kimi tarixə düşüb. “Qarabağ” bu duelin aşkar favoriti sayılırdı. Təmsilçimiz cütün taleyini səfərdə həll etmək üçün çalışsa da, qələbəni çox çətinliklə əldə edib.
“Qarabağ” – “Linkoln” cütünün 2-ci təsnifat mərhələsindəki potensial rəqibləri olan Polşa “Rakuv”u ilə Estoniya “Flora”sı isə Çenstoxovada üz-üzə gəliblər. Bu qarşılaşmada isə Polşa çempionu minimal hesabla üstün olub. Tərəflər cavab görüşünə iyulun 18-də çıxacaqlar.
Qeyd edək ki, bu mərhələnin qalan 5 oyunu iyulun 12-də təşkil olunacaq.
UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cavab qarşılaşmaları isə 18-19 iyulda keçiriləcək.
UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunları
11 iyul
“Urartu” (Ermənistan) – “Zrinski” (Bosniya və Herseqovina) 0:1
“Linkoln” (Cəbəllüttariq) – “Qarabağ” (Azərbaycan) 1:2
“Jalgiris” (Litva) – “Struqa” (Şimali Makedoniya) 0:0
“Olimpiya” (Lyublyana, Sloveniya) – “Valmiera” (Latviya) 2:1
“Rakuv” (Polşa) – “Flora” (Estoniya) 1:0
“Hamrun” (Malta) – “Makkabi” (Hayfa, İsrail) 0:4
“Ballkani” (Kosovo) – “Ludoqorets” (Bolqarıstan) 2:0
“Şemrok Rovers” (İrlandiya) – “Breydablik” (İslandiya) 0:1
“Klaksvik” (Farer adaları) – “Ferentsvaroş” (Macarıstan) 0:0
“Partizani” (Albaniya) – BATE (Belarus) 1:1
12 iyul
18:00. “Astana” (Qazaxıstan) – “Dinamo” (Tiflis, Gürcüstan)
20:00. HJK (Finlandiya) – “Larne” (Şimali İrlandiya)
21:00. “Hakken” (İsveç) – TNS (Uels)
21:30. “Farul” (Rumıniya) – “Şerif” (Moldova)
22:30. Slovan (Bratislava, Slovakiya) – Svift (Lüksemburq)


