UEFA Çempionlar Liqasında 1-ci raundun ilk oyunları yekunlaşdı

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 1-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə daha 5 qarşılaşma baş tutub.

Günün ilk matçı Qazaxıstanda “Astana” və Gürcüstanın “Dinamo” (Tiflis) komandaları arasında keçirilib. Gecənin son oyununda isə “Slovan” Slovakiyada Lüksemburq çempionu “Svift”i qəbul edib. Bu oyunların hər ikisində tərəflər hərəyə 1 qolla kifayətləniblər. Günün digər oyunlarında isə HJK, “Haken” və “Farul” komandaları qələbəyə seviniblər.

Xatırladaq ki, UEFA Çempionlar Liqasında 1-ci təsnifat mərhələsinin cavab oyunları 18-19 iyulda keçiriləcək.

UEFA Çempionlar Liqası
1-ci təsnifat mərhələsinin ilk oyunları
12 iyul

“Astana” (Qazaxıstan) – “Dinamo” (Tiflis, Gürcüstan) 1:1

HJK (Finlandiya) – “Larne” (Şimali İrlandiya) 1:0

“Haken” (İsveç) – TNS (Uels) 3:1

“Farul” (Rumıniya) – “Şerif” (Moldova) 1:0

Slovan (Bratislava, Slovakiya) – “Svift” (Lüksemburq) 1:1

1-ci təsnifat mərhələsinin bir gün öncə baş tutan oyunlarında qeydə alınan nəticələri də xatırladırıq:

“Urartu” (Ermənistan) – “Zrinski” (Bosniya və Herseqovina) 0:1

“Linkoln” (Cəbəllüttariq) – “Qarabağ” (Azərbaycan) 1:2

“Jalgiris” (Litva) – “Struqa” (Şimali Makedoniya) 0:0

“Olimpiya” (Lyublyana, Sloveniya) – “Valmiera” (Latviya) 2:1

“Rakuv” (Polşa) – “Flora” (Estoniya) 1:0

“Hamrun” (Malta) – “Makkabi” (Hayfa, İsrail) 0:4

“Ballkani” (Kosovo) – “Ludoqorets” (Bolqarıstan) 2:0

“Şemrok Rovers” (İrlandiya) – “Breydablik” (İslandiya) 0:1

“Klaksvik” (Farer adaları) – “Ferentsvaroş” (Macarıstan) 0:0

“Partizani” (Albaniya) – BATE (Belarus) 1:1

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: