“Zirə” də Boluya yola düşdü

Bakıdakı hazırlıq prosesini başa vuran “Zirə” təlim-məşq toplanışının növbəti mərhələsi üçün bu gün Türkiyənin Bolu şəhərinə yola düşüb.

Arena.az xəbər verir ki, bu barədə qəsəbə klubunun mətbuat xidməti məlumat yayıb.

“Zirə” Türkiyədəki hazırlıq prosesi çərçivəsində üç yoxlama oyununa çıxacaq. Baş məşqçi Rəşad Sadıqov komandasını Super Liqa təmsilçiləri “Fatih Karagümrük” və “Qaziantep”lə görüşlərdə sınaqdan keçirəcək. Zirəlilərin sonuncu rəqibi isə hələ müəyyənləşməyib.

Xatırladaq ki, bu komanda Bakıdakı toplanış çərçivəsində də bir yoxlama oyunu keçirmiş və “Kəpəz”ə 2:1 hesabı ilə qalib gəlmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: