“İnter”in qapıçısı Andre Onana Milan klubunun “Mançester Siti”yə uduzduğu (0:1) Çempionlar Liqasının finalından duyğularını paylaşıb.
Arena.az bu barədə “La Gazzetta dello Sport”a istinadən məlumat verir.
“Biz kuboka toxunmağa yaxın idik, buna layiq idik. “Mançester Siti” ilə bərabər səviyyədə oynadıq, çatışmayan yeganə məqam ustalıq idi, amma bu, futboldur. Şəxsən mən “Mançester Yunayted”lə Çempionlar Liqasını qazanacağıma ümid edirəm, eyni zamanda “İnter”in də finala yüksələcəyinə və turnirin qalibi olacağına ümidvaram. İstər İstanbula gəlib stadionda bizi dəstəkləyənlər, istərsə də kənardan rəvac verən və rəvac verəcək bütün azarkeşlər buna layiqdirlər”, deyə Onana bildirib.
Xatırladaq ki, daha əvvəl “Mançester Yunayted” və “İnter”in 27 yaşlı qapıçı Andre Onananın “qırmızı şeytanlar”ın düşərgəsinə transferi ilə bağlı fəal danışıqlar apardığı, müqavilənin artıq yekunlaşmağa çox yaxın olması haqda məlumat yayılmışdı.


