16 yaşadək basketbolçulardan ibarət Azərbaycan millisi (U-16) Kosovonun Priştina şəhərində keçirilən Avropa çempionatında ilk oyununa çıxıb.
Arena.az xəbər verir ki, Tahir Baxşıyev və Polad Həsənovun rəhbərlik etdiyi yığmamız C Divizionunun B qrupunda Kipr kollektivi ilə üz-üzə gəlib.
Qarşılaşma Azərbaycan komandasının məğlubiyyəti ilə bitib – 51:65.
Millimiz növbəti matçını Ermənistan yığmasına qarşı keçirəcək. Bu oyun iyulun 21-də baş tutacaq.
Xatırladaq ki, Avropa çempionatı iyulun 27-nə qədər davam edəcək. B qrupunda qərarlaşmış Azərbaycan millisi Albaniya və San Marino yığmaları ilə də qarşılaşacaq.


