Basketbol: Azərbaycan yığması AÇ-nin yarımfinalında!

Basketbol üzrə 16 yaşadək qızlardan ibarət Azərbaycan yığması Andorrada keçirilən Avropa çempionatının C Divizionunda üçüncü oyununa çıxıb.

Arena.az xəbər verir ki, B qrupunda qərarlaşan millimiz sonuncu sınağında Albaniya yığması ilə üz-üzə gəlib.

Gərgin keçən qarşılaşma Azərbaycan yığmasının 69:64 hesablı qələbəsi ilə yekunlaşıb.

Millimiz bu qələbə sayəsində qrup mərhələsini maksimum nəticə ilə və lider kimi başa vurub və birbaşa yarımfinala vəsiqə qazanıb. Azərbaycan basketbolçuları daha öncə meydan sahiblərinə – Andorra yığmasına 64:50 hesabı ilə qalib gəlmişdilər. Moldova ilə oyunda isə 78:55 hesablı qələbə qeydə alınmışdı.

Azərbaycan yığması yarımfinalda Gürcüstan komandası ilə üz-üzə gələcək. İyulun 22-də baş tutacaq bu görüşə Bakı vaxtı ilə saat 21:30-da start veriləcək.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: