Sübhan Babayev Avropa birinciliyinin 1/4 finalında!

Azərbaycan boksçusu Sübhan Babayev Rumıniyanın Ployeşti şəhərində keçirilən Avropa birinciliyində növbəti qələbəsini qazanıb.

Arena.az xəbər verir ki, 50 kq çəkidə çıxış edən idmançımız ikinci döyüşündə Maksim Çekini (Ukrayna) sınağa çəkib.

Startda Ahmet Yılmaza (Türkiyə) qalib gələn Sübhan bu dueli də aktivinə yazıb. O, rəqibini 4:1 (30:27, 30:27, 28:29, 30:27, 30:27) hesabı ilə məğlub edib. Məktəblilər arasında Avropa çempionu 1/4 finalda ingiltərəli Riza Safari ilə üz-üzə gələcək. Görüş iyulun 26-da olacaq.

Xatırladaq ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyinin üçüncü günündə Azərbaycan millisinin daha 4 üzvü mübarizəyə qoşulacaq. Komandamız bu yarışa 19 boksçu ilə yollanıb.

Oğlan boksçuların mübarizəsində baş məşqçi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədovla Teymur Məmmədovun rəhbərliyi altında bu idmançılarımıza şans verilib:

Bilalhəbəşi Nəzərov (46 kq)
Zidan Hümbətov (48 kq)
Sübhan Babayev (50 kq)
Eldar Abdullazadə (52 kq)
Elbrus Kərimli (54 kq)
Orucəli Cavadzadə (57 kq)
İbrahim Mirhəsən (60 kq)
Kənan Aslanlı (63 kq)
Abbasqulu Şadlinski (66 kq)
Əli Məmişov (70 kq)
Mircəlal Mirağayev (75 kq)
Hüseyn Hüseynli (80 kq)
İlkin Məmmədli (+80 kq)

Qız boksçulardan ibarət komandamız isə qitə birinciliyinə baş məşqçi Yadigar Məmmədov və məşqçi Rafiq İsmayılovun rəhbərliyi altında yollanıb:

Banuçiçək Nəsirli (46 kq)
Cəmilə Sultanlı (48 kq)
İnci Məcidli (50 kq)
Mələk Hümbətova (57 kq)
Özləm Həsənova (63 kq)
İlkanə Əhmədovaya (+80 kq)

Avropa birinciliyində ədalət təmsilçiləri sırasında beynəlxalq dərəcəli hakim Anar Nağdıyev də var.

Boksçularımız iyulun 31-də Bakıya qayıdacaqlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: