Azərbaycan boksçusu Elbrus Kərimli Rumıniyanın Ployeşti şəhərində təşkil olunmuş Avropa birinciliyində növbəti qələbəsini qazanıb.
Arena.az xəbər verir ki, 54 kq çəkidə mübarizə aparan idmançımız 1/8 finalda şotlandiyalı Yakub Naismiti məğlub edib.
Yığma üzvü 3:0 (28:28, 30:26, 30:26, 28:28, 30:26) hesabı ilə qalib gəlib. O, 1/4 finalda Mirboran Yıldırımla (Türkiyə) qüvvəsini sınayacaq. Görüş iyulun 27-də olacaq.
Xatırladaq ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyinin beşinci günündə Azərbaycan millisinin 3 üzvü rinqə çıxacaq.
Komandamız bu yarışa 19 boksçu ilə yollanıb. Oğlan boksçuların mübarizəsində baş məşqçi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədovla Teymur Məmmədovun rəhbərliyi altında bu idmançılarımıza şans verilib:
Bilalhəbəşi Nəzərov (46 kq)
Zidan Hümbətov (48 kq)
Sübhan Babayev (50 kq)
Eldar Abdullazadə (52 kq)
Elbrus Kərimli (54 kq)
Orucəli Cavadzadə (57 kq)
İbrahim Mirhəsən (60 kq)
Kənan Aslanlı (63 kq)
Abbasqulu Şadlinski (66 kq)
Əli Məmişov (70 kq)
Mircəlal Mirağayev (75 kq)
Hüseyn Hüseynli (80 kq)
İlkin Məmmədli (+80 kq)
Qız boksçulardan ibarət komandamız isə qitə birinciliyinə baş məşqçi Yadigar Məmmədov və məşqçi Rafiq İsmayılovun rəhbərliyi altında yollanıb:
Banuçiçək Nəsirli (46 kq)
Cəmilə Sultanlı (48 kq)
İnci Məcidli (50 kq)
Mələk Hümbətova (57 kq)
Özləm Həsənova (63 kq)
İlkanə Əhmədovaya (+80 kq)
Avropa birinciliyində ədalət təmsilçiləri sırasında beynəlxalq dərəcəli hakim Anar Nağdıyev də var.
Boksçularımız iyulun 31-də Bakıya qayıdacaqlar.


