Çempionlar Liqasında 2-ci mərhələnin ilk oyunlarına yekun vurulur

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında 2023/2024 mövsümünün 2-ci təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.

Arena.az xəbər verir ki, sonuncu oyun günündə 5 qarşılaşma baş tutacaq.

Azərbaycan çempionu “Qarabağ” da bu gün növbəti çıxacaq. Ağdam klubu səfərdə Polşa çempionu “Rakuv”la üz-üzə gələcək. Bu oyuna Bakı vaxtı ilə saat 22:15-də start veriləcək.

Bu cütün qalibinin 3-cü raunddakı potensial rəqibləri olan Belarus BATE-si ilə “Aris” də Kiprdə üz-üzə gələcəklər. Matç Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.

Xatırladaq ki, UEFA Çempionlar Liqasında 2-ci təsnifat mərhələsinin cavab oyunları 1-2 avqustda keçiriləcək.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsinin ilk oyunları
26 iyul

21:00. “Şerif” (Moldova) – “Makkabi” (Hayfa, İsrail)

21:00. “Aris” (Kipr) – BATE (Belarus)

22:15. “Rakuv” (Polşa) – “Qarabağ” (Azərbaycan)

22:45. “Ludoqorets” (Bolqarıstan) – “Olimpiya” (Lyublyana, Sloveniya)

22:45. “Klaksvik” (Farer adaları) – “Haken” (İsveç)

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: