Terziç: “Avropada futbol və basketbol müqayisəolunmazdır”

Serbiyanın “Srvena Zvezda” klubunun baş direktoru Zvezdan Terziç Avropa futbolu və basketbolu haqda açıqlama verib.

Arena.az bu barədə “Eurohoops” portalına istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Terziç basketbolun yalnız dörd ölkədə ciddi səviyyədə oynanıldığını bildirib. O, futbolla basketbolun büdcələri arasında fərq olduğunu vurğulayıb və həmçinin basketbol üzrə Avroliqanı ikinci dərəcəli turnir adlandırıb:

“Basketbol Avroliqası ikinci növ turnirdir. Ən yaxşı oyunçuların hamısı NBA-də, futbolda isə Çempionlar Liqasındadır. Futbol və basketbol müqayisəedilməzdir. Avropada üç-dörd ölkədə basketbol oynayırlar, bütün dünyada isə hər ölkədə futbol oynanılır. Avropada basketbolu ciddi səviyyədə İspaniyada, Yunanıstanda, Türkiyədə, Serbiyada oynayırlar… Daha heç yerdə.

Basketbolda siz 35 milyon avro büdcə ilə Avropa çempionusunuz. Bu büdcə ilə futbolda Konfrans Liqasını belə, qazana bilməzsiniz. “Real” və “Barselona”ya qarşı basketbol oynadığınız zaman ikiqat büdcəli klublara qarşı oynayırsınız. Futbolda onların büdcəsi 20 dəfə böyükdür”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: