Ter Ştegen “Barselona”nın yeni hədəfləri haqda danışdı

“Barselona”nın alman qapıçısı Mark-Andre ter Ştegen komandasının qarşıdakı mövsüm üçün hədəflərindən danışıb.

Arena.az “Marca”ya istinadən Ter Ştegenin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Çempionlar Liqasında daha çoxuna nail olmalıyıq. “Barselona” ötən mövsüm La Liqada yaxşı oyunlar keçirdi. Amma biz də Çempionlar Liqasında mümkün qədər uzağa getmək istəyirik. Qrup mərhələsinin püşkatmasını səbirsizliklə gözləyirik.
Ötən mövsümdə biz möhtəşəm bir mövsüm keçirdik. Biz çempionluğa tamamilə layiq idik. İndi “Barselona” Çempionlar Liqasında rəqabət qabiliyyətini sübut etməyə hazırlaşır. Bu, bizim əsas məqsədimizdir. “İnter” müəyəyn mənada bəxti gətirərsə, finala yüksələ və çempionluq uğrunda mübarizə apara biləcəyini nümayiş etdirə bildi. Biz bu hədəfə addım-addım getməliyik”, deyə Ter Stegen vurğulayıb.

Xatırladaq ki, ötən mövsümdə “Barselona” Çempionlar Liqasının qrup mərhələsini “Bayern” və “İnter”dən sonra üçüncü pillədə başa vurmuşdu. Nəticədə Kataloniya klubu Avropa Liqasına yuvarlansa da, pley-offun ilk mərhələsində “Mançester Yunayted”ə ümumi hesabda uduzaraq, mübarizəni dayandırmışdı.

Xəbəri sosial şəbəkələrdə paylaş: