Basketbol yığmamız Kosovoda Avropa ikincisi oldu

Kosovoda 16 yaşlı oğlanlar arasında keçirilən basketbol üzrə Avropa çempionatının C Divizionunda final qarşılaşması baş tutub.

Arena.az xəbər verir ki, həlledici görüşdə Azərbaycan və Kiprin U-16 yığmaları üz-üzə gəliblər.

Kosovonun paytaxtı Priştina şəhərində baş tutan oyunda millimiz 75:78 hesabıyla uduzub.

Beləcə, yığmamız bu turnirin gümüş mükafatçısı olub.

Xatırladaq ki, Tahir Baxşıyev və Polad Həsənovun rəhbərlik etdiyi millimiz qrup lideri kimi yarımfinala vəsiqə qazanmışdı. Azərbaycan millisi qrup mərhələsinin ilk oyununda Kipr yığmasına 51:65 hesabıyla məğlub olsa da, sonradan Ermənistana 92:58, Albaniyaya 87:67, San Marinoya isə 96:47 hesabıyla qalib gəlmişdi. Yarımfinalda isə komandamız Andorra seçməsini 87:64 hesabıyla yenmişdi.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: