“Alanyaspor” Fidan Aliti ilə gücləndi

Futbol üzrə Türkiyə Super Liqasında mübarizə aparan “Alanyaspor” İsveçrə “Sürix”ində forma geyinən müdafiəçi Fidan Aliti ilə güclənib.

Arena.az xəbər verir ki, bu barədə Alanya klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.

Kosovodan olan 29 yaşlı futbolçu ilə 3 illik müqavilə imzalanb. O, yeni komandasında 2 nömrəli formanı geyinəcək.

Fidan Aliti 2020-ci ildən “Sürix”də forma geyinirdi. Mərkəz müdafiəçisi bu komandada 108 oyuna çıxıb, 3 qol vurub, 6 məhsuldar ötürmə müəllifi olub.

Aliti karyerası ərzində “Skenderbeu”, “Old Boys”, “Kalmar”, “Slaven Belupo”, “Lutsern”, “Şerif” (Tiraspol) kimi klublarda da oynayıb.

Vaxtilə Albaniya yığmasında 2 oyun keçirib, 1 qol vurmuş müdafiəçi 2017-ci ildən Kosovo milli komandasının uğurları üçün çalışır. O, bu ölkənin yığmasında 46 oyun keçirib, 1 qola imza atıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: