Avropa birinciliyində 19 boksçudan cəmi 2 medal

Rumıniyanın Ployeşti şəhərində keçirilən yeniyetmə boksçular arasında Avropa birinciliyində yarımfinal mərhələsinin döyüşləri baş tutub.

Arena.az xəbər verir ki, finala gedən yolda Azərbaycan millisinin 2 üzvü rinqə çıxıb.

Ardıcıl 3 döyüşünü qələbə ilə başa vuran Elbrus Kərimli (54 kq) yarımfinalda David Jiqjjavinlə (Ukrayna) üz-üzə gəlib. Rəqib qələbə qazandığından boksçumuz yarışı bürünc medalla başa vurub.

İlkanə Əhmədova (+80 kq) da Avropa birinciliyini 3-cü pillədə bitirib. Rumıniyalı Denisa Manu ilə döyüşdə təmsilçimiz məğlub olduğundan rəqib finala yüksəlib.

Xatırladaq ki, 32 ölkədən 378 (260 oğlan, 118 qız) boksçunun qatıldığı Avropa birinciliyində final döyüşləri iyulun 30-da keçiriləcək.

Komandamız bu yarışa bütövlükdə 19 boksçu ilə yollanıb. Oğlan boksçuların mübarizəsində baş məşqçi Vaqif Kazımov, məşqçilər Ağası Məmmədovla Teymur Məmmədovun rəhbərliyi altında bu idmançılarımıza şans verilmişdi:

Bilalhəbəşi Nəzərov (46 kq)
Zidan Hümbətov (48 kq)
Sübhan Babayev (50 kq)
Eldar Abdullazadə (52 kq)
Elbrus Kərimli (54 kq)
Orucəli Cavadzadə (57 kq)
İbrahim Mirhəsən (60 kq)
Kənan Aslanlı (63 kq)
Abbasqulu Şadlinski (66 kq)
Əli Məmişov (70 kq)
Mircəlal Mirağayev (75 kq)
Hüseyn Hüseynli (80 kq)
İlkin Məmmədli (+80 kq)

Qız boksçulardan ibarət komandamız isə qitə birinciliyinə baş məşqçi Yadigar Məmmədov və məşqçi Rafiq İsmayılovun rəhbərliyi altında yollanmışdı:

Banuçiçək Nəsirli (46 kq)
Cəmilə Sultanlı (48 kq)
İnci Məcidli (50 kq)
Mələk Hümbətova (57 kq)
Özləm Həsənova (63 kq)
İlkanə Əhmədovaya (+80 kq)

Avropa birinciliyində ədalət təmsilçiləri sırasında beynəlxalq dərəcəli hakim Anar Nağdıyev də var.

Boksçularımız iyulun 31-də Bakıya qayıdacaqlar.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: