“Real” və “Barselona”nın baş məşqçiləri – Karlo Ançelotti və Xavi Texasda baş tutan yoxlama oyununa dair fikirlərini bölüşüblər.
Arena.az xəbər verir ki, ABŞ-dakı təlim-məşq toplanışı çərçivəsində keçirilən oyunda Kataloniya təmsilçisi 3:0 hesablı qələbəyə sevinib.
İtalyan mütəxəssis Karlo Ançelotti komandasının böyükhesablı məğlubiyyəti haqda şərh verib:
“Bir çox müsbət cəhətlər vardı. Oyun yaxşı keçdi, yaxşı pressinq etdik, qol imkanlarımız, hərəkiliyimiz vardı. Birinci hissədə topla pis davranırdıq, sonda isə çox aqressiv olduq və bu, bizə iki qol bahasına başa gəldi. Uduzmaq bizə acı verir, amma mən diqqətimi etdiyimiz yaxşılığa cəmləyirəm. Komanda bir saat ərzində əla oynadı.
Bu, yeni komanda idi. Gənclərin necə uyğunlaşmasına baxmaq gərək idi. Yaxşı alındı. Biz bu ruhda da davam etməliyik. Daimi mərkəz hücumçusu olmadan qol imkanları yaradırıq, odur ki, bu ideyaya sadiq qalacağıq. Bu gün gəncləri görmək istədim. Onlar tələbləri yerinə yetirdilər”.
Öz növbəsində “Barselona”nın baş məşqçisi Xavi də oyunla bağlı fikirlərini açıqlayıb:
“İndi biz ən yaxşı idik, ötən gün isə uğursuzluq yaşadıq. Kataloniyalılar və ətraf mühit belədir. Çox şeyi düzgün etdik, amma aradan qaldırmalı olduğumuz çoxlu səhvlərimiz də oldu. Açığı, nəticə təsiredicidir, lakin mövsümün cari mərhələsində bu, ikinci dərəcəlidir. İndi daha yaxşı olmaq vacibdir. Çox yaxşı anlarımız oldu, amma bunlar daha çox olmalıdır. Biz səfeh top itkilərinə yol verməməyə çalışmalıyıq. “Real” üzərində qələbənin kataloniyalıları həmişə qane etdiyini anlayıram”.


