Futbol üzrə Qana yığmasının və İngiltərənin “Sauthempton” klubunun mərkəz müdafiəçisi Məhəmməd Salisu “Monako”ya keçib.
Arena.az xəbər verir ki, bu barədə knyazlıq klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
24 yaşlı futbolçu ilə 5 illik müqavilə imzalanıb. “Monako” bu transfer üçün 15 milyon avro ödəyib.
Xatırladaq ki, Məhəmməd Salisu peşəkar karyerasına İspaniyanın “Valyadolid” klubunda başlayıb. Müdafiəçi “Sauthempton”a 2020-ci ilin avqust ayında 12 milyon avro qarşılığında keçmişdi. O, bu komandada 80 oyuna çıxıb, 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
Salisu DÇ-2022-də Qana milli komandasının formasını geyinib. O, yığmada bütövlükdə 6 oyun keçirib, 2 qol da vurub.


