Futbol üzrə Fransa millisinin hücumçusu Kilian Mbappenin PSJ-yə qarşı qaldırdığı mənəvi təqib işi üzrə məhkəmə araşdırması dayandırılıb.
Arena.az xəbər verir ki, bu barədə “Mundo Deportivo” məlumat yayıb.
Məlumata görə, iş futbolçunun vəkillərinin daha əvvəl təqdim etdiyi şikayəti geri götürməsi və Mbappenin iddianı davam etdirməməsi səbəbindən bağlanıb.
Mbappe PSJ-nin futbolçusu olduğu 2022/2023-cü illər mövsümündə müqaviləsinin müddətini uzatmaqdan imtina etdikdən sonra əsas komandadan kənarlaşdırılması ilə bağlı məhkəməyə müraciət etmişdi.
27 yaşlı hücumçu 2024-cü ildə PSJ-dən ayrılaraq Madrid “Real”ına keçib. O, Paris klubunda 2018-2024-cü illərdə çıxış edib və komandanın tarixində ən çox qol vuran futbolçudur. Mbappe PSJ ilə 6 dəfə Fransa çempionu olub.
Fransa millisinin heyətində isə 2018-ci ildə dünya çempionu olan Mbappe 2022-ci ildə mundialın gümüş medalını qazanıb. Onun dünya çempionatlarında 22 qolu var.


